Bakıda yeraltı keçiddən keçməyən piyadanı avtomobil vurub

Bakıda yeraltı keçiddən keçməyən piyadanı avtomobil vurub
# 12 mart 2019 06:17 (UTC +04:00)

Bakının Nərimanov rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1975-ci il təvəllüdlü Məmmədtağıyev Vahid Xanlar oğlu yeraltı keçid olan ərazidə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən qarşı tərəfə keçərkən onu “Mercedes” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov rayon Polis İdarəsində araşdırılır.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR