® 2015 UEFA Super Kubokunda oyunçuların müşayiətçiləri kimi 9 Azərbaycanlı uşağa MasterCard tərəfindən qiymətsiz təcrübə qazanmaq imkanı verilmişdir

<font color=red>® </font>2015 UEFA Super Kubokunda  oyunçuların müşayiətçiləri kimi 9 Azərbaycanlı uşağa MasterCard tərəfindən qiymətsiz təcrübə qazanmaq imkanı verilmişdir
# 14 avqust 2015 12:39 (UTC +04:00)

6 iyul tarixində Azərbaycanda MasterCard tərəfindən élan edilmiş foto müsabiqənin nəticələrinə əsasən 9 uşaq valideynləri ilə bərabər 2015 UEFA SUPER KUBOKUNU canlı izləmək və qiymətsiz təcrübə qazanmaq şansını əldə etmişdir. Bundan başqa, 9 qalib-uşaq meydançada futbol ulduzlarını müşayiət ediblər.

Bakı –13 avqust 2015– MasterCard Azərbaycandan olan 9 uşağın 11 avqust tarixində Gürcüstan/Tbilisidə keçirilən 2015 UEFA SUPER KUBOKUNDA iştirak etmək imkanını qazandıqlarını, bundan başqa, iki ispan komandasından-Barselona və Sevilya-olan futbol ulduzlarını meydançada əl-ələ verərək müşayiət etmək kimi qiymətsiz təcrübə qazanacaqlarını elan etdi. Bu uşaqlar MasterCard Azərbaycan Feysbuk səhifəsində (www.facebook.com/MasterCardAzerbaijan) 6 iyul tarixindən 30 iyul tarixinə qədər MasterCard tərəfindən élan edilmiş Feysbuk müsabiqəsi nəticələri əsasında seçilmişlər.

MasterCard tərəfindən müəyyən edilmiş müsabiqənin qaydaları çox sadə olmuşdur. Hər bir valideyn öz 7-9 yaşlı uşağının şəklini MasterCard Azərbaycan Feysbuk səhifəsinin ismarıc bölməsinə göndərib və mümkün qədər çox bəyənilmə toplamalı idi. Beləliklə 80-dən çox Azərbaycan ailəsi öz uşaqlarının şəkillərini qürurla bölüşərək müsabiqədə iştirak etmişdir. Nəticədə, 9 ən çox bəyənilən şəklin müəllifi qalib elan edilmişdir:

Tuncay MƏMMƏDOV, Fərid QULİYEV, Əhməd HACIYEV, Miraqşin ABASOV, Musa ALLAHVERDİYEV, Hüseyin RƏŞİDOV, Hüseyn SƏLİMLİ, Elman MUSTAFAYEV, Ömər MUSAZADƏ.

MasterCard tərəfindən təqdim edilən qalib dəstinə aşağıdakılar daxildir:

- meydançada futbol ulduzlarını müşayiət etmək üçün uşaqların qiymətsiz təcrübəsi ilə birlikdə Gürcüstanda keçiriləcək 2015 UEFA Super Kubok matçına 2 bilet (1 bilet uşaq və 1 bilet müşayiət edən valideyn üçün);

- hər gecə üçün 2 nəfərlik otel otağı;

- Bakıdan Tbilisiye daşınma və hava limanına və şəhər mərkəzinə qarşılıqlı daşınma ilə dəstəklənən geri daşınma;

MasterCard gələcək nəslin iştirak etdiyi layihələrə xüsusi diqqət yetirir və onların təşəbbüsü nəticəsində dünya üzrə bir çox uşaq meydançada futbol ulduzlarını müşayiət etmək kimi qiymətsiz təcrübə qazanmışdır. Lakin, ilk dəfədir ki, Azərbaycandan olan uşaqlar futbol ulduzlarını müşayiət etmək imkanını qazanmışdır.

MasterCard-ın Azərbaycan üzrə Meneceri Eldar Cahangirov deyir ki, “Biz çox şadıq ki, MasterCard Azərbaycan UEFA Super Kubokunun Facebook Müsabiqəsi ilk dəfə Azərbaycanda keçirib və əhali tərəfindən yüksək marağa səbəb olub. Bundan başqa, 80 Azərbaycan ailəsi öz uşaqlarının sevimli şəkillərini paylaşaraq müsabiqədə iştirak etmişlər. Hazırda, futbol meydançasında Azərbaycan qaliblərinin sevincinə şahid olmaq və onlarla qiymətsiz anları bölüşmək çox zövqvericidir”.

MasterCard haqqında

MasterCard (NYSE: MA), www.mastercard.com qlobal ödəmə sənayesində texnoloji şirkətdir. Biz 210-dan çox olkədə və ərazilərdə istehlakçıları, maliyyə təşkilatlarını, tacirləri, hökümətləri və biznesləri birləşdirən dünyanın ən surətli ödəniş işlənmə şəbəkəsini idarə edirik. MasterCard məhsulları və həlli yolları hər kəs üçün asan, daha təhlükəsiz və səmərəli - alış-veriş, səyahət, biznesin işlədilməsi və maliyyə idarəedilməsi kimi - gündəlik kommersiya fəaliyyətləri həyata keçirir. Bizi Twitter @MasterCardNews-də izləyin, Cashless Pioneers Blog-də müzakirəyə qoşulun və ən son xəbərlər üçün Engagement Bureau-ya abunə olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR