Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 noyabr 2017 18:06 (UTC +04:00)

Gəncənin Atabəylər prospektində baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğludur.

Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

20:30

Gəncədə yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR