SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının qiymətlərini açıqlayıb

SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının qiymətlərini açıqlayıb
# 01 noyabr 2016 13:36 (UTC +04:00)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilib.

2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 511,55 ABŞ dolları, təyyarə yanacağının - 472,80 dollar, dizel yanacağının - 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti - 286,36 dollar, yüksək təzyiqli polietilenin - 1185 dollar, butilen butadien fraksiyasının - 528,93 dollar, maye piroliz qətranının - 511,55 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 915 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR