Putin: "Dünya və regional problemlərin həllində iştirak etməyə hazırıq"

Putin: "Dünya və regional problemlərin həllində iştirak etməyə hazırıq"
# 01 dekabr 2016 12:06 (UTC +04:00)

"Rusiya dünya və regional problemlərin həllində iştirak etməyə hazırdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.

"Biz məsuliyyətimizin həddini anlayırıq. Dünya və regional problemlərin həllində iştirakımıza ehtiyac varsa, buna hazırıq" - deyə, Rusiya prezidenti qeyd edib. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin vacibliyindən danışan V. Putin vurğulayıb ki, ölkəsi ABŞ-la beynəlxalq terrorçuluğa qarşı səylərin birləşdiriləcəyinə ümid edir: "ABŞ-la uydurma deyil, real təhlükə, beynəlxalq terrorçuluqla mübarizədə qüvvələrin birləşdirilməsinə ümid edirik. Bu tapşırığı Suriyada bizim hərbi qulluqçularımız yerinə yetirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR