"Rəvan Sığorta" ötən ili mənfəətlə başa vurub

"Rəvan Sığorta" ötən ili mənfəətlə başa vurub
# 04 aprel 2017 14:52 (UTC +04:00)

2016-cı ildə "Rəvan Sığorta" ASC-nin aktivləri 2015-ci illə müqayisədə 5,9% azalaraq 17 mln. 665,324 min manat olub. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 74,727 min manat (3,5% azalma), qısamüddətli aktivləri 16 mln. 665,324 min manat (6,1% azalma) təşkil edib.


2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 25,3% azalaraq 4 mln. 530,522 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 4 mln. 390,781 min manat (25% azalma), qısamüddətli öhdəlikləri isə 139 min 740,92 manat (33% azalma) təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 8 mln. 900 min 71,2 manat, cəmi kapitalı isə 3,32% artaraq 13 mln. 134 min 801,83 manat təşkil edib.

Şirkət ötən ili 416 min 741,28 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR