Şirvanda naməlum avtomobillə vurulan qadın ölüb

Şirvanda naməlum avtomobillə vurulan qadın ölüb
# 03 yanvar 2018 05:48 (UTC +04:00)

Şirvan şəhərində avtomobillə vurulan piyada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün Heydər Əliyev küçəsində 1963-cü il təvəllwdlü Xəlilova Nəsibə Əlihüseyn qızı naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb, sürücü isə qaçıb.

Fakt araşdırılır, hadisəni törədən sürücünün tapılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR