Bank Of Baku

Zaqatalanın Tala məscidində elektrik naqillərindəki qısaqapanma yanğına səbəb olub

Zaqatalanın Tala məscidində elektrik naqillərindəki qısaqapanma yanğına səbəb olub
# 07 avqust 2021 08:10 (UTC +04:00)

Gecə saat 3 radələrində Zaqatalanın ən böyük məscidi sayılan, Yuxarı Tala kəndi ərazisində yerləşən Tala məscidində yanğın baş verib. 

APA-nın şimal- qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. 

Yanğın nəticəsində məscidin bir pəncərəsi və istilik sisteminin avadanlığı yanıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR