® Bakıda “Alma Store”un sayca ikinci mağazasının açılışı olub

<font color=red>® </font>Bakıda “Alma Store”un sayca ikinci mağazasının açılışı olub
# 21 oktyabr 2017 16:44 (UTC +04:00)

Dünən Bakıda Port Baku AVM-də “Alma Store Apple Premium Reseller” mağazasının açılışı olub.

APA-nın məlumatına görə, açılışda çıxış edən “Apple Premium Reseller” layihələrinin MDB üzrə rəhbəri Nadejda Damarat bildirib ki, mağaza “Apple”nin Azərbaycanda sayca ikinci rəsmi satış mərkəzidir:

“Mağazada “Apple” şirkətinin məhsulları ilə yaxından tanış ola bilərsiniz. Tanış olmaq istəyən hər bir müştəri üçün ayrı təlim otağı fəaliyyət göstərəcək. Mağaza xüsusi konsultasiya seksiyası və “Flex Table” təlim ilə seçiləcək. Qiymətlər bazar səviyyəsində olacaq. Açılış günü iştirakçıları xüsusi qiymətlərlə sevindirəcəyik. Oktyabrın 28-də isə mağazada “iPhone 8” modelinin satışına başlanacaq”.

Apple-nin ixtisaslaşmış təlimçisi Aleksandr Mixaylenko qeyd edib ki, bu gün alış-veriş mərkəzi bir neçə saatlığa “Apple dünyasına” əyləncə və təlim zonalarına çevriləcək. Oyun zonasında “Apple TV” imkanlarını test edə və yarışa bilərsiniz.

Mağazanın açılışı münasibətilə “iPad”, “Mac” və “iPhone” məhsulları xüsusi qiymətlə təklif olunub. Aksiya üç məşhur “Apple” cihazlarını əhatə edəcək: “iPad” 32 GB Wi-Fi -699 AZN, “MacBook Air” 2017 128 GB 1799 AZN, “iPhone 7” 32 GB 1249 AZN. Bunula yanaşı mağaza Shopping festivalda (Tax Free) iştirak edir.

“iPad” və “Mac” kompüterlərinin qiymətləri çox sərfəli olacaq. “Apple” yeni modelləri Avropa və ABŞ qiymətlərinə yaxın, hətta aşağıda olacaq. Planşetlər və kompüterləri “Alma Store”un açılışdan sonra əldə etmək mümkün olacaq.

Qeyd edək ki, məhsulların sayı məhdud olduğundan aksiya vaxtından tez bitə bilər. Cihazları nağd ödənişlə yanaşı “Worldcard” vasitəsilə kredit yolu ilə də əldə edə bilərsiniz. Bundan əlavə açılışdan bir saat əvvəl qonaqlara xüsusi şou təqdim ediləcək. İllüziyaçılar “Apple” cihazları ilə fokuslar nümayiş edəcəklər və arzu edən hər kəs öz fotosunu “iPad Pro”da “Apple Pencil”lə çəkə biləcək. Bundan əlavə qonaqlar arasında qiymətli hədiyyələr də oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR