İspaniya Kataloniya polis rəisini işdən azad edib

İspaniya Kataloniya polis rəisini işdən azad edib
# 28 oktyabr 2017 11:07 (UTC +04:00)

Rəsmi Madrid Katoloniya ilə bağlı ilk addımını atıb.

APA-nın "BBC"-ə istinadən verdiyi xəbərə görə, İspaniya hökuməti Kataloniya hüquq mühafizə orqanlarının rəhbəri Josep Luisi işdən azad edib. Bu barədə hökumətin rəsmi sənədində məlumat verilib.

Bundan başqa, İspaniya hökuməti Kataloniyanın idarəetməsini üzərinə götürüb. Muxtar vilayətə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb.

Qeyd edək ki, oktyabrın 27-də İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR