İran XİN başçısı Trampın ittihamlarına cavab verib

İran XİN başçısı Trampın ittihamlarına cavab verib
# 10 aprel 2018 13:19 (UTC +04:00)

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Suriyadakı kimyəvi hücumda Tehranın rolunun olmasına dair iddialarını təkzib edib.

APA-nın "İran project" nəşrinə istinadən verdiyi xəbərə görə, o, İranın həmişə kimyəvi silahdan istifadənin əleyhinə olduğunu deyib.

Qeyd edək ki, Tramp Rusiya və İranı şənbə günü Suriyada kimyəvi hücumun gerçəkləşməsinə şərait yaratmaqda günahlandırıb. Hücum nəticəsində azı 40 nəfər öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR