Belçika prokurorluğu Puçdemonun həbsi ilə bağlı İspaniyanın müraciətinə baxacaq

Belçika prokurorluğu Puçdemonun həbsi ilə bağlı İspaniyanın müraciətinə baxacaq
# 03 noyabr 2017 21:34 (UTC +04:00)

Belçika prokurorluğu Kataloniyanın sabiq başçısı Karles Puçdemonun həbsi ilə bağlı İspaniyanın müraciətinə baxacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Erik van der Sipt bildirib.

“İspaniya məhkəməsinin qərarına baxılacaq. Yaxın iki gün ərzində müvafiq sənəd hakimə təqdim ediləcək”, deyə prokuror vurğulayıb.

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib. Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR