Bu gün Polşanın yeni prezidentinin inauqurasiya mərasimi keçiriləcək

Bu gün Polşanın yeni prezidentinin inauqurasiya mərasimi keçiriləcək
# 06 avqust 2015 02:33 (UTC +04:00)

Bakı-APA. Bu gün Polşada prezident seçkilərində qələbə qazanmış Ancey Dudanın inauqurasiya mərasimi keçiriləcək

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin aşağı və yuxarı palatalarının birgə iclası yerli vaxtla saat 10:00-da başlayacaq.

Mayın 24-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, müxalifətçi “Qanun və ədalət” partiyasının namizədi, 43 yaşlı Ancey Duda 51,55 faiz toplayaraq hazırkı prezident Bronislav Komorovskini üstələmişdi.

Qeyd edək ki, ümumilikdə seçkilərdə 11 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR