Tramp: “Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır”

Tramp: “Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır”
# 13 aprel 2017 02:44 (UTC +04:00)

Şimali Koreya kimi ölkənin nüvə silahı olmamalıdır.

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business”-ə müsahibəsində bildirib.

“ABŞ-ın aviadaşıyıcılardan savayı atom sualtı qayıqları da var. Mən Çin Xalq Respublikasının sədri Si Cinpindən xahiş etdim ki, Kim Çen Ina bunu çatdırsın. Şimali Koreya rəhbəri öz hərəkətləri ilə böyük səhvlərə yol verir. Şimali Koreya kimi ölkəyə nüvə silahı əldə etməyə imkan vermək olmaz”, deyə D.Tramp qeyd edib.

O, həmçinin vurğulayıb ki, Şimali Koreya barədə öz planlarını açıqlamayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR