Türkiyə Azərbaycandan təbii qaz idxalını azaldıb

Türkiyə Azərbaycandan təbii qaz idxalını azaldıb
# 25 iyun 2015 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında Türkiyənin qonşu ölkələrdən təbii qaz idxalı azalıb.

"APA-Economics"in xəbərinə görə, bu ilin 4-cü ayında qonşu ölkənin təbii qaz idxalı ötən ilin müvafiq dövrünə nisbətdə 13,17% azalaraq 3 mlrd. 572 mln. kubmetrə çatıb.

Məlumata görə, ən çox təbii qaz idxalı Rusiyadan edilib. Belə ki, apreldə bu ölkədən Türkiyəyə 1 mlrd. 891 mln. kubmetr qaz idxal edilib. İran bu siyahıda 514 mln. kubmetr həcmlə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan isə Türkiyəyə 530 mln. kubmetr təbii qaz ixrac edərək bu siyahıda ikinci sırada olub.

Aprel atında Türkiyənin maye qazı (LNG) idxalı isə son bir ildə 13,42% artaraq ümumilikdə 636 mln. kubmetr təşkil edib.

Bu müddət ərzində Türkiyənin təbii qazın ixracı da ötən ilə nisbətdə 38,24% artaraq 52 mln. kubmetr təşkil edib. Türkiyənin qaz ixrac etdiyi yeganə ölkə Yunanıstan olub.

Hesabata görə, Türkiyədə təbii qazın istehlakı da ötən ilin aprel ayı ilə müqayisədə 4% artaraq 4 mlrd. 57 mln. kubmetrə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR