Şirvanda əvvəllər atasını qətlə yetirən şəxs bıçaqlanıb - YENİLƏNİB-1

Şirvanda əvvəllər atasını qətlə yetirən şəxs bıçaqlanıb   - <span style="color: red;">YENİLƏNİB-1
# 05 oktyabr 2017 00:08 (UTC +04:00)

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi oktyabrın 5-də axşam saatlarında Şirvan şəhərində baş verib. Belə ki, Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonu Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şahverənov Həsrət Sabir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağ ciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Həsrət Şahverənov 2009-cu il martın 26-da ailə münaqişəsi zəminində atası Sabir Şahverənovu kəndirlə boğaraq qətlə yetirib. 19 Oktyabr 2009-cu ildə H.Şahverənov Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

H.Şahverənov məhkəmədə bildirib ki, atası daim onu, bacısını, qardaşını və anasını döyür, incidir, onlara olmazın əzablar verirdi. Bacısı 15 yaşında (onlar uşaq olarkən) atası tərəfindən zorlanıb. Bütün bunlara dözməyən Həsrət ailə üzvlərinin gözü önündə atasını kəndirlə boğaraq qətlə yetirib. Atalarının öldürülməsini hamıdan gizlədən ailə üzvləri onun təzyiqdən öldüyünü bildiriblər və onu adət-ənənə ilə dəfn ediblər.

***

00:20

Ötən axşam Şirvanda bıçaqlanan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu, 30 yaşlı Şahverənov Həsrət Sabir oğludur.

Onun kim tərəfindən vurulduğu hələ ki, məlum deyil. Faktla bağlı araşdırma davam etdirilir.

***

21:41

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda adı hələlik məlum olmayan 25-26 yaşlı gənc oğlan bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə olan gənc əməliyyata götürülüb. Yaralı vəziyyətdə aşkar olunan şəxsi yoldan keçən sakinlər xəstəxanaya çatdırıblar. Onun kim tərəfindən vurulduğu məlum deyil.

Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən bıçaqlanan və hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR