SOCAR: DESFA-dakı payımızı satmaq və ya azaltmaq niyyətində deyilik

SOCAR: DESFA-dakı payımızı satmaq və ya azaltmaq niyyətində deyilik
# 02 iyun 2015 09:47 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin direktoru Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, Yunanıstan tərəfinin imzalanan müqaviləyə yenidən baxılmasına və SOCAR-ın payının 49%-ə endirilməsi kimi təkliflərinə baxmayaraq, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi dəyişməyib: “SOCAR DESFA-da sahib olduğu 66% səhmi satmaq və ya azaltmaq niyyətində deyil”.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR