Azərbaycanda elektron arayış əsasında kredit verən bankların sayı 20-yə yaxınlaşır

Azərbaycanda elektron arayış əsasında kredit verən bankların sayı 20-yə yaxınlaşır
# 10 sentyabr 2015 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49 886 dəfə istifadə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.

Hazırda 20-yə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər.

Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR