AQTA sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb
# 13 fevral 2020 12:13 (UTC +04:00)

AQTA sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HQİS) ilə bağlı yenilikləri açıqlayıb.

APA xəbər verir ki, Qoşqar Təhməzli Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması istiqamətində bir sıra addımların atıldığını bildirib. O deyib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb: "Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun pilot region kimi seçilməsi və burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub".

Q.Təhməzli qeyd edib ki, pilot regionda 55 455 baş iri, 145 305 baş xırdabuynuzlu heyvan və 409 baş at var.

"Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub",-deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR