Türkiyədə Kamal Kılıçdaroğlu haqqında təhqiqat başlayıb

Türkiyədə Kamal Kılıçdaroğlu haqqında təhqiqat başlayıb
# 06 dekabr 2017 13:34 (UTC +04:00)

Türkiyədə ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlanılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğu Türkiyə prezidentinin təhqir edilməsi maddəsi ilə təhqiqata başladığını açıqlayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan K. Kılıçdaroğlunun dekabrın 5-də etdiyi çıxışla bağlı prokurorluğa müraciət edib. O, CHP lideri haqqında cinayət işinin açılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR