Tramp-Putin telefon danışığı bu həftəsonu baş tuta bilər

Tramp-Putin telefon danışığı bu həftəsonu baş tuta bilər
# 27 yanvar 2017 03:54 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp cari həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalının müxbiri Helli Cekson ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.

Qeyd edək ki, Tramp və Putin arasında telefon danışığı Trampın inauqurasiyasından əvvəl baş tutub.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Tramp-Putin telefon danışığının hələ ki razılaşdırılmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR