Türkiyə və İran XİN rəhbərləri Astanada Suriya danışıqlarına hazırlıq işini müzakirə ediblər

Türkiyə və İran XİN rəhbərləri Astanada Suriya danışıqlarına hazırlıq işini müzakirə ediblər
# 27 dekabr 2016 20:54 (UTC +04:00)

Türkiyə və İran XİN rəhbərləri Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif Astanada keçirilməsi planlaşdırılan Suriya danışıqlarına hazırlıq məsələlərini müzakirə ediblər.

APA-nın “Haberturk” telekanalına istinadən verdiyi xəbərə görə, tərəflər arasında telefon danışığı bu gün baş tutub. Bundan əvvəl Çavuşoğlu Suriyadakı vəziyyəti rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla telefon danışıqları zamanı bu təşəbbüsü dəstəkləyib və ölkəsinin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR