ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığına üç raket atılıb

ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığına üç raket atılıb
# 21 yanvar 2020 03:14 (UTC +04:00)

Çərşənbə axşamı ABŞ-ın İraqda yerləşən səfirliyinin yaxınlığına üç raket zərbəsi endirilib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, raket mərmiləri Bağdaddakı xarici diplomatik korpusların yerləşdiyi “yaşıl bölgə”yə düşüb.

Hava zərbələri zamanı ABŞ səfirliyindən həyacan siqnalı səsləri eşidilib.

Mənbə hava zərbələri zamanı heç bir itkinin olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR