Moskvada tikinti meydançasında baş verən yanğında 4 nəfər ölüb

Moskvada tikinti meydançasında baş verən yanğında 4 nəfər ölüb
# 02 noyabr 2016 07:06 (UTC +04:00)

Moskvada tikinti meydançasında yanğın baş verib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın Domodedovo qəsəbəsində tikinti meydançasında fəhlələrin istirahət etdiyi kabinədə baş verib.

Yanğın söndürülən zaman sahəsi 18 kv m. olan kabinədə 4 nəfərin cəsədi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR