Mingəçevirdə dəmir toplayan kişini cərəyan vurub

Mingəçevirdə dəmir toplayan kişini cərəyan vurub
# 04 mart 2019 14:21 (UTC +04:00)

Mingəçevirdə dəmir toplayan Yevlax sakinini cərəyan vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan, Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Heydərov Elbariz Əlisahib oğlu almaq istədiyi metalı yoxlayarkən onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR