Türkiyənin Antalya vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 19:00-da qeydə alınan yeraltı təkanların episentri Kəpəz rayonunda, ocağı isə 50 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.