Bank Of Baku

FAO: Bəsitçay qoruğunda yeni idarəetmə sistemi qurula bilər

Mələk Çakmak

© APA | Mələk Çakmak

# 15 dekabr 2021 12:01 (UTC +04:00)

"Qlobal Ekologiya Fondunun dəstəyi ilə mühafizə olunan ərazilərdə yaxşı idarəetmə sistemini qurmaqla bağlı yeni layihəyə başlamışıq”.

APA-nın məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, layihə pilot olaraq 3 ərazidə keçiriləcək: “Bunlardan biri Bəsitçay qoruğu ola bilər. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunub. Bundan başqa, torpaqların deqredasiyasının qarşısının alınması istiqamətində də layihə olacaq. Layihə Abşeron yarımadasında həyata keçiriləcək, orada problemlər var".

M. Çakmak qeyd edib ki, Azərbaycan hökumətinin xahişi ilə növbəti aylarda peyk görüntüləri əsasında Bəsitçay qoruğunda torpaqların istifadəsi, meşələrin 2000-ci ildən indiyədək necə dəyişməsi hesablanacaq: “Hökumətin əlində 2000-ci ildən əvvəlki illərə aid DATA və ya görüntü olarsa, həmin dövrü də hesablamaq olar”.

O, torpaqların deqredasiyasını görmək üçün Bəsitçay qoruğunda olduğunu da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR