Bakıda ata qəza törədib, qızı ölüb

Bakıda ata qəza törədib, qızı ölüb
# 21 dekabr 2016 08:17 (UTC +04:00)

Bakıda minik avtomobili yük maşını ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAZ" markalı avtomobilə vurub. Nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR