Ermənistana səfər edənlərin sayı azalıb

Ermənistana səfər edənlərin sayı azalıb
# 08 sentyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bu ilin yanvar-iyun ayları ərzində Ermənistana 521 min 801 nəfər səfər edib, 539 min 671 nəfər isə xaricə gedib”.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərlə bağlı ölkəyə gələnlərin sayında artım gözlənilsə də, ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunub.

“Belə ki, ötən il 551 min 911 nəfər ölkəyə gəlib, 579 min 580 nəfər isə gedib. Belə çıxır ki, bu il ölkəyə gələnlərin sayı 30 min 110 nəfərə qədər azalıb. Ölkə ərazisinə olan təyyarələrin sayında da nəzərə çarpan dəyişikliklər qeydə alınıb. Bu il Ermənistana təyyarələr 5 min 216 dəfə uçuş həyata keçirib. Ötən il isə bu rəqəm 6 min 117 olub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR