Azərbaycanda qlobal iqtisadiyyatın yaxşılaşacağını düşünən şirkət rəhbərlərinin sayı artıb.
"APA-Economics" xəbər verir ki, bunu "PricewaterhouseCoopers Global"ın (PwC) Azərbaycan üzrə 2-ci "İllik CEO Araşdırması" təqdimatında "PwC" audit şirkətinin Azərbaycan üzrə aparıcı mütəxəssisi Vədad Rzalı deyib. Onun sözlərinə görə, 2015-ci ildə qlobal iqtisadiyyatın yaxşılaşacağını proqnoz edən şirkət rəhbərləri 23% idisə, ötən il bu rəqəm 45%-ə yüksəlib.
"Yerli şirkət rəhbərlərinin 66%-i qısamüddətli biznes nəticələrindən əmindirlər. Şirkət rəhbərləri biznes üçün əsas risklər kimi səriştəli kadrların çatışmazlığı, biznesə inamın olmaması, istehlakçıların xərcləri və davranışlarında dəyişikliyi görür", - deyə V.Rzalı vurğulayıb.