ABŞ Maduroya qarşı sanksiya tətbiq edib

ABŞ Maduroya qarşı sanksiya tətbiq edib
# 31 iyul 2017 21:43 (UTC +04:00)

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.

Sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulur, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanır.

Bundan əvvəl ABŞ Venesuelada keçirilmiş Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR