İrandan Azərbaycana metadon keçirmək istəyən qadın saxlanılıb

İrandan Azərbaycana metadon keçirmək istəyən qadın saxlanılıb
# 27 avqust 2015 12:06 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirova gömrük nəzarətindən keçərkən onun əl çantasından 8 ədəd həb şəklində olan “Metadone-40” adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, “Metadone-40” adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR