Azərbaycanda məhkəmə Rusiyada həbs olunan qadını azadlığa buraxıb

Azərbaycanda məhkəmə Rusiyada həbs olunan qadını azadlığa buraxıb
# 28 dekabr 2016 12:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Xatirə Həsənovanın cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. X. Həsənovanın cəzasının çox hissəsini çəkdiyi nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, X. Həsənova Rusiyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilərək həbs olunub və ona 7 illik cəza təyin edilib. X. Həsənova sonradan Azərbaycan ekstradisiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR