Şahin Mustafayev: "İdxal olunan malların ölkədə istehsalının artırılmasına çalışmalıyıq"

Şahin Mustafayev: "İdxal olunan malların ölkədə istehsalının artırılmasına çalışmalıyıq"
# 30 yanvar 2017 10:19 (UTC +04:00)

"Azərbaycana idxal olunan malların ölkədə istehsalının artırılmasına çalışmalıyıq". "APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlar tərəfindən idxal olunan məhsullara rüsumların azaldılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.


"Konfransın birinci hissəsində prezident İlham Əliyev tərəfindən ölkəyə idxal olunan məhsulların və ölkənin bu məhsullar üzrə özünü təmin etmə göstəricisi diqqətə çatdırıldı. Bu konfransdan sonra biz sahibkarlarla görüşlər keçirəcəyik və bu məlumatları onlara təqdim edəcəyik. Biz sahibkarları idxal olunan məhsullar üzrə istehsalı artırmağa çalışırıq", - deyə Ş. Mustafayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR