Lənkəranda evə basqın olub, bir ailənin dörd üzvünə bıçaq xəsarətləri yetirilib - VİDEO

Lənkəranda evə basqın olub, bir ailənin dörd üzvünə bıçaq xəsarətləri yetirilib - <span style="color: red;">VİDEO
# 13 avqust 2015 21:44 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 13-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini. 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onlara həkinmlər tərəfindən zəruri tibbi yardımlar göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR