Haitidə 5,8 bal gücündə zəlzələ baş verib.
APA bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə xəbər verilmir.
Məlumata görə, yeraltı təkanların episentri Le-Ke kommunasından 35 kilometr aralıda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, ötən gün Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 300-dən çox insan həlak olub, 1 800 nəfər isə xəsarət alıb.