Ləğv prosesində olan 6 banka məxsus 47 əmlak hərraca çıxarılır

Ləğv prosesində olan 6 banka məxsus 47 əmlak hərraca çıxarılır
# 09 iyul 2018 10:44 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR