Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Rzayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Bakıda yerləşən lombardlardan birinə avtomobil girov qoyacağını vəd edib, 12 min manat pul götürüb, lakin nə avtomobili, nə də pulu verməyib.