Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzulayıb

Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzulayıb
# 14 sentyabr 2017 13:16 (UTC +04:00)

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR