“Xalq Bank” II rübü 12 mln. manat mənfəətlə başa vurub

“Xalq Bank” II rübü 12 mln. manat mənfəətlə başa vurub
# 17 iyul 2018 10:33 (UTC +04:00)

Bun ilin II rübünün yekunlarına əsasən “Xalq Bank” ASC-nin əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9,04% artaraq 1 mlrd. 977,52 mln. manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1,37% artaraq 1 mlrd. 330,02 mln. manata çatıb.

Bankın 1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273,693 mln. manat, nizamnamə kapitalı isə 225,078 mln. manat təşkil edir. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4,33% artaraq 1 mlrd. 221,62 mln. manata çatıb. Bank I yarımilliyi 12 mln. 318,49 mln. manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR