Malidə silahlı dəstə tərəfindən girov götürülən 4 nəfər azad edilib

Malidə silahlı dəstə tərəfindən girov götürülən 4 nəfər azad edilib
# 08 avqust 2015 12:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Mali silahlı qüvvələrinin Sevar şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində silahlıların “Biblos” otelində girov götürdükləri 4 nəfər azad edilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Mali ordusunun nümayəndəsi Diaran Kone açıqlama verib.

Əməliyyat Mali xüsusi xidmət orqanları əməkdaşları tərəfindən fransız hərbçilərinin dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, 7 avqust tarixində silahlı dəstə Malidə Sevar şəhərində “Biblos” otelinə hücum edərək bir neçə xarici vətəndaşı girov götürüb. Hadisə nəticəsində silahlılar 5-i Mali ordusunun əsgəri və biri BMT-nin Malidəki sülhməramlı missiyasının (MINUSMA) üzvü olmaqla, 6 nəfəri öldürüblər. Öz növbəsində xüsusi təyinatlılar silahlı dəstənin üç üzvünü zərərsizləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR