Samtsxe-Cavaxetiya qubernatoru: “Azərbaycan bizə dostluq əlini uzatdı”

Samtsxe-Cavaxetiya qubernatoru: “Azərbaycan bizə dostluq əlini uzatdı”
# 21 avqust 2017 16:55 (UTC +04:00)

“Azərbaycan bizə dostluq əlini uzadaraq xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Samtsxe-Cavaxetiya regionunun qubernatoru Akaki Maçutadze deyib. “Azərbaycanlı pilotlar sabah səhər saatlarından Daba kəndi yaxınlığındakı yanğının söndürülməsinə cəlb olunacaq”, - deyə o, söyləyib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə helikopter göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR