BP-nin mənfəəti ikiqat azalıb

BP-nin mənfəəti ikiqat azalıb
# 01 noyabr 2016 10:12 (UTC +04:00)

BP-nin mənfəəti cari ilin III rübündə təxminən 2 dəfə azalıb. "APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, neftin qiymətinin aşağı düşməsi nəticəsinə şirkətin xərcləri bir qədər də azalacaq.


Buna baxmayaraq, BP-nin maliyyə göstəriciləri analitiklərin proqnozlarını üstələyib.

Cari ilin III rübündə şirkətin baza mənfəəti 933 mln. dollara enib. Halbuki bu rəqəm 2015-ci ilin müvafiq dövründə 1,8 mlrd. dollar təşkil edib. Analitiklər isə mənfəətin 780 mln. dollara düşəcəyini proqnozlaşdırıb.

"Gələn il pul vəsaitlərinin hərəkət balansını 1 barrelə görə 50-55 dollar səviyyəsində bərpa etməyə çalışacağıq", - deyə şirkətin maliyyə məsələləri üzrə direktoru Brayan Qilvari bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR