Ukrayna Azərbaycan neftindən "Euro-5" benzini istehsal edəcək

Ukrayna Azərbaycan neftindən "Euro-5" benzini istehsal edəcək
# 13 fevral 2017 07:58 (UTC +04:00)

Ukrayna "Euro-5" ekoloji standartlarına cavab verən benzin istehsal edəcək. "APA-Economics" xəbər verir ki, "Ukrtatnafta" müəssisəsi tərəfindən istehsal ediləcək benzin "Azeri Light" neftindən istehsal olunacaq.


Belə ki, "Azeri Light" neftinin Kremençuq neft emalı zavoduna Ukrayna və Azərbaycan prezidentləri tərəfindən Azərbaycan neftinin Ukrayna neft emalı zavodlarına tədarükünün bərpa edilməsi ilə bağlı əldə edilmiş razılıq çərçivəsində həyata keçirilir.

2017-ci ildə "Ukrtatnafta" şirkətinə ümumi tədarükün həcmi 1,3 mln. tona çatacaq. Kremençuq neft emalı zavoduna Azərbaycan neftinin tədarükü sayəsində "Ukrtatnafta"ya "Euro-5" standartlarına uyğun yanacağın istehsal etməsinə tam keçməyə icazə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR