Qaxda iki nəfəri it dişləyib

Qaxda iki nəfəri it dişləyib
# 18 iyul 2018 20:28 (UTC +04:00)

Qaxda iki nəfəri it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini, 1964-cü il təvəllüdlü Tofiq Nadir oğlu Nadirov və rayonun Üzümlü kənd sakini 1954-cü il təvəllüdlü Gülarə Hidayət qızı Ağamiyeva it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan APA-ya bildirlib ki, müayinə zamanı Tofiq Nadirovun sağ ayağının baldır, Gülarə Ağamiyevanın isə hər iki əlini it dişlədiyi məlum olub. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR