Qlobal Forum Azərbaycanın hesabatını təsdiq edib

Qlobal Forum Azərbaycanın hesabatını təsdiq edib
# 19 oktyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu Azərbaycan üzrə ölkə hesabatını təsdiqləyib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan 2013-cü ilin fevral ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv olub. nazirlikdən bildirilib ki, 2015-ci ildə Azərbaycan üzrə qiymətləndirmənin 1-ci mərhələsinə yekun vurulub və ölkəmiz növbəti mərhələyə keçib.

“2016-cı ildə isə 2-ci mərhələ çərçivəsində mart ayının 9-11-də qiymətləndiricilər Bakıda səfərdə olublar. Bu prosesin davamı olaraq, bu günlərdə Fransanın paytaxtı Paris şəhərində OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun 24-cü iclası keçirilib. Azərbaycan üzrə ölkə hesabatının müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə həyata keçirilib və hesabat təsdiq edilib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR