Budapeşt metrosunda iki qatar toqquşub, 10 nəfər xəsarət alıb

Budapeşt metrosunda iki qatar toqquşub, 10 nəfər xəsarət alıb
# 05 dekabr 2016 17:36 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə iki metro qatarı toqquşub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, incident nəticəsində 10 nəfər xəsarət alıb.

Qatarlardan biri hələlik məlum olmayan səbəblərdən o biri ilə toqquşub. Budapeşt metropoliteninin ikinci xəttində qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR