Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək

Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək
# 24 noyabr 2017 06:16 (UTC +04:00)

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.

APA-nın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR