Azərbaycanın müdafiə naziri: "Silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır”

Azərbaycanın müdafiə naziri: "Silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır”
# 24 iyun 2015 08:27 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Z. Həsənov bildirib ki, müəyyən olunmuş inkişaf proqramına əsasən, hərbi təyinatlı məmulatların təmirini, modernləşməsini və təkrar emalını həyata keçirilir: “Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilir”.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə alınmış silah və hərbi texnika barədə də məlumat verib: “Hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR