Naxçıvanda həkimlərin maaşı artırılıb

Naxçıvanda həkimlərin maaşı artırılıb
# 24 iyul 2015 10:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam verib.

APA-nın məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR